İkinci övladına hamilə olan Rihannanın evinin yaxınlığında pərəstişkarı həbs edilib.
Ednews xarici KIV-ə istinadən xəbər verir ki, Cənubi Karolinadan olan fanat Rihannanı görmək üçün onun evinə gedib. Lakin pərəstişkarı Rihanna yox, mühafizəçi qarşılayıb.
Fanat polislərə etiraf edib ki, Rihannaya evlilik təklifi etmək üçün evinə gəlib.
Hüquq-mühafizə orqanlarının xəbərdarlığından sonra həmin şəxs sərbəst buraxılıb.