Brüsseldə İran əleyhinə keçirilən yürüşdə bəyanat qəbul EDİLDİ

Dünya 20:35 25.03.2023

Martın 25-də Belçikanın paytaxtı Brüsseldə Cənubi Azərbaycan türklərinin iştirakı ilə “Azadlıq, ədalət və milli hökumət” şüarı altında izdihamlı mitinq keçirilib.

Ednews xəbər verir ki, mitinq iştirakçıları yürüşün yekun bəyanatını və tələblərini səsləndiriblər.

Azad dünya ictimai rəyinə çatdırılıb ki, yüz ilə yaxındır İranı idarə edən şovinist və faşist hökumətlər qeyri-fars millətlərə qarşı müstəmləkəçilik və istismar siyasətini ən ifrat şəkildə həyata keçiriblər.

Bu yüz il ərzində İranda zülm altındakı xalqların sivilizasiya, tarixi sərvətlər, iqtisadiyyat, təbii sərvətlər, siyasi hüquqlar, bir sözlə, var-yoxu talan edilib və onların hər hansı bir haqq, hüquqi tələb uğrunda başlatdıqları hərəkatlar ən şiddətli şəkildə repressiyaya məruz qalıb.

Vurğulanıb ki, Pəhləvi rejimi zülm altındakı xalqlara, xüsusən də Azərbaycan türk millətinə və İranın digər türk toplumlarına ən ağır təzyiqlər göstərib, hətta Azərbaycanın tarixi abidələrini sistemli şəkildə məhv etməyə qədər gedib çıxıb.

Azərbaycan türk milləti azadlıq və ədalətə qovuşmaq ümidi ilə Pəhləvi rejiminin devrilməsində mühüm rol oynadı, lakin təəssüf ki, İslam Respublikası rejimi dövründə nəinki heç bir şey düzəlmədi, hətta milli faşizmə irqi faşizm də əlavə olundu.

Məşrutə İnqilabından bəri davamlı olaraq öz hüquqları uğrunda mübarizə aparan Azərbaycan türk milləti 1979-cu il inqilabında Vilayət-i-Fəqih sisteminə “Yox!” dedi, Məşrutiyyət anayasasının mütərəqqi Əyalət və Vilayət Əncümənləri qanununun həyata keçirilməsini tələb etsə də, rejimin cavabı güllə və repressiyadan başqa bir şey olmadı.
Qeyd olunub ki, hazırda İslam Respublikası rejimi iflas həddinə çatıb və hər cür böhranla qarşı-qarşıya qalan İranın müxtəlif bölgələrində yaşayan xalqlar aylardır rejimə qarşı üsyan ediblər.

Son aylardakı etirazlarda Azərbaycan türk milləti və digər türk toplumlar, Qaşqay türkləri Tehrandan tutmuş Qəzvin, Zəncan və Təbrizə qədər yüzlərlə övladını bu cinayətkar rejimə qarşı mübarizədə qurban veriblər.

Bu gün İranda bütün məzlum xalqlar öz pozulmuş hüquqlarını ümumbəşəri qanunlar və hüquqlar çərçivəsində bərpa etmək, azad və ədalətli şəraitdə fərdi və milli həyatlarını davam etdirmək əzmindədirlər və bu yolda ağır bədəllər ödəyirlər.

Bu gün dünyanın gözünün İran xalqlarında olması səbəbsiz deyil, dünya onların mübarizəsinə heyranlıqla baxıb onu yüksək qiymətləndirir. Hərçənd bu inqilabda da ayrı-seçkilik və ikili standartlar az deyil.

Xüsusilə də mürtəce bir cərəyanın inhisarında olan xaricdəki farsdilli medianın məzlum xalqlara, o cümlədən Cənubi Azərbaycan türk millətinə qarşı ritorikası onların mübarizələrini boykot etməkdə və senzura tətbiq etməkdə rejim mediasından çox da fərqli siyasət yürütmür.

Son aylarda beynəlxalq aləmdə, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində Cənubi Azərbaycan xalqına edilən zülmün səsi olmağa çalışan yeganə dövlət xadimi Prezident İlham Əliyev olub.

Biz buradan cənab Prezidentə təşəkkür edib minnətdarlığımızı bildir, möhtərəm Prezidentdən Cənubi Azərbaycanın səsini daim əks etdirməsini, beynəlxalq arenada haqqımızı müdafiə etməyə davam etməsini xahiş edirik.

Bu gün Cənubi Azərbaycan şəhərlərinin küçələrində “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə həyatları bahasına hüquqlarını aləmə car çəkən gənclərin səsi olmaq üçün buraya toplaşmışıq.

Bu gün İranda bütün məzlum xalqların bir sıra ortaq məqsədləri və tələbləri olsa da, ancaq hər bir xalqın öz tələbləri vardır. Cənubi Azərbaycan türklərinin başlıca tələbləri bunlardır:

- Biz bütün dünya ölkələrini İran İslam Respublikası rejiminin legitimliyini rədd etməsini, İslam Respublikası rejimi ilə siyasi və iqtisadi əlaqələrini dayandırmağı tələb edirik;

- Biz İranın orta əsr zehniyyətli və şovinist rejiminin nüvə və kütləvi qırğın silahları əldə etmək cəhdlərini pisləyir, bunu təkcə demokratik dünya və qonşu ölkələr üçün deyil, hətta İranda yaşayan xalqların varlığı üçün potensial təhlükə hesab edirik.

Ona görə də biz dünya dövlətlərindən İran rejimi ilə razılaşma siyasəti aparmaqdan vaz keçib ciddi qabaqlayıcı tədbirlər görmələrini tələb edirik;

- İran rejimi ölkədə dinc etirazlar zamanı minlərlə günahsız insanı həbs edib, aksiya iştirakçılarına qarşı şiddətli repressiya sərgiləyib. Biz beynəlxalq ictimaiyyətdən və insan haqları təşkilatlardan İranda həbsdə olanların azad edilməsi üçün İran rejiminə qarşı təzyiq göstərməyi, bu istiqamətdə lazımi addımlar atmağı tələb edirik;

- İran rejimi davamlı olaraq qonşu ölkələrdə terror aktları törədir və ölkə daxilindəki xarici vətəndaşlara qarşı adam oğurluğu cinayəti və terror aktları törədir. Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu da bunun ən son nümunələrindən biridir. Biz bütün dünya ölkələrindən bu məsələyə ciddi yanaşmağı, İran rejiminin əsas hərbi və iqtisadi qolu olan SEPAH-ı terror təşkilatları siyahısına salmasını tələb edirik.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu - SEPAH yaxın Şərqdə və hətta dünyada terrorun yayılmasında əsas məsul təşkilatdır;

- Biz İran rejiminin Azərbaycan Respublikasına qarşı aqressiv ritorikasını və təhdidlərini pisləyir, bütün gücümüzlə Azərbaycan Respublikasının yanında olduğumuzu bildiririk;

- Biz İran rejiminin rəsmi Moskvanın Ukraynaya qarşı müharibəsinə dəstək verməsini və Rusiyaya hərbi yardımını pisləyir, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik;

- İran rejimi bilərəkdən qadın və qızlara qarşı ən qəddar və vəhşi cinayətlərlə əl atır, onlara qarşı kimyəvi hücumlar təşkil edir. Biz azad dünyadan İran rejiminin bu orta əsr vəhşiliyinə biganə qalmamasını və etiraz səsini yüksəltməsini istəyirik;

- Biz dünya ölkələrindən İran toplumunun plüral və çoxmillətli olduğunu qəbul etmələrini, İran vətəndaşları ilə münasibətlərdə bu məsələni nəzərə almalarını istəyirik. İran coğrafiyası çoxmillətli və çoxmədəniyyətli ölkə olduğuna görə bütün millətlərin dillərinin rəsmi olmasını tələb edirik.

“Tək millət, tək dil, tək vətən” ideologiyasının əleyhinəyik;

- Biz İran rejiminin qeyri-fars millətlərin və xüsusilə Azərbaycan, qaşqayi, türkmən, Xorasan və digər türklərin assimilyasiyası istiqamətində müstəmləkəçilik siyasətinin davam etdirməsini pisləyirik;

- İranda müstəmləkəçiliyə məruz qalan xalqların beynəlxalq qanunlar və hüquq çərçivəsində öz müqəddəratlarını təyin etmə tələbləri var. “Azadlıq, ədalət, milli hökumət” şüarı bu gün Cənubi Azərbaycanda, qaşqayilərdə, türkmənlərdə ən çox eşidilən və əslində, tələblərimizi yekunlaşdıran şüardır.

Dünyanın azadlıqsevər insanlarından biz türklərin qanuni tələblərinin əldə edilməsi uğrunda mübarizəmizə dəstək vermələrini istəyirik;

- İran rejimi təbiət və ətraf mühitin qatilidir. Bu rejim bütün İranda təbiəti və ətraf mühiti məhv edib. Urmiyə gölünün qəsdən qurudulması Cənubi Azərbaycanda genişmiqyaslı ekoloji fəlakətə çevrilib, on milyonlarla insanın həyatına təhlükə yaradıb, ətrafdakı bütün canlılara və ekologiyaya ciddi ziyan vurur.
Biz beynəlxalq ictimaiyyətdən Urmiyə gölünü xilas etmək üçün çox gec olmadan İran rejiminə təzyiq göstərmələrini istəyirik;

- Son etirazlar zamanı Cənubi Azərbaycanda və İranın digər türk bölgələrində xüsusilə qaşqayi türkləri arasında çox sayda gəncimiz şəhid olub, yüzlərlə insan yaralanıb və minlərlə soydaşımız qanunsuz həbs edilib.

Bunların hamısı İranın daxili və xarici müxalifət qüvvələri, media qurumları tərəfindən boykot olunaraq, geniş şəkildə gündəmə gətirilməyib. Biz Azərbaycan türklərinə və İranda yaşayan digər türklərə qarşı belə ayrı-seçkilik siyasətini pisləyir və bunu şiddətlə qınayırıq.

 


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Hamısı