Ukraynanın Xerson vilayətində gün ərzində 4 mülki şəxs minaya düşərək ağır yaralanıblar.
Ednews xəbər verir ki, bu barədə Xerson vilayət dövlət administrasiyasının sədri Oleksandr Prokudin teleqramda yazıb.
Onun sözlərinə görə, hazırda dörd nəfər ağır yaralarla xəstəxanaya yerləşdirilib.