Ukrayna qüvvələri Zaporojya vilayətinin cənubunda, Rusiyanın nəzarətində olan Melitopol şəhərini atəşə tutub. Nəticədə şəhərin elektrik təchizatı kəsilib.
Ednews xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Ötən ilin martından Rusiya qüvvələri tərəfindən işğal edilən Melitopol şəhərinin sürgündə olan meri İvan Fedorov Telegramda şəhərdə bir neçə partlayışın baş verdiyini bildirib.
TASS xəbər agentliyinin yaydığı məlumata görə, Ukraynanın atəşi nəticəsində şəhərin elektrik təchizatı sistemi zədələnib, şəhər və bəzi yaxınlıqdakı kəndlərdə elektrik enerjisi kəsilib.
Həmçinin lokomotiv deposunun dağıldığını, lakin ilkin məlumata görə, itki olmadığı bildirilir.
Əkbər Şəbəndəyev