Aprelin 3-ü gecə saatlarında Rusiya ordusu İran istehsalı “Şahid-136” və “Şahid-131” zərbə dronlarından istifadə edərək Ukraynaya zərbə endirib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Hərbi Hava Qüvvələri yayıb.
Mənbə yazır ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri dronların əksəriyyətini məhv edib.
“Ümumilikdə, Azov dənizinin şərq sahili ərazisindən 17-yə qədər PUA-nın buraxılışı qeydə alınıb, onlardan 14-ü vurulub”, - məlumatda qeyd olunub.