London məhkəməsi çirkli pulları "yuyan" azərbaycanlı iş adamının adını AÇIQLADI

Dünya 13:15 04.04.2023
Britaniyanın BBC Yayım Korporasiyası və “Evening Standard” qəzeti çirkli pulların yuyulmasında ittiham olunan azərbaycanlı iş adamına qarşı məhkəmədə qalib gəlib.
 
Ednews  xəbər verir ki, iş adamının adı çirkli pulların yuyulması əməliyyatı ilə bağlı aparılan istintaq işində hallanır.
 
Məhkəmə bu şəxsin adının açıqlanmamasına qərar verib: lakin BBC və "Evening Standard" bunu qəbul etməyib və London Ali Məhkəməsində iddia qaldırıb.
 
Ali Məhkəmə iddianı təmin edib və iş adamının adının Böyük Britaniyanın Milli Cinayət Agentliyi tərəfindən açıqlanmasına qərar verib. Lakin iş adamının apellyasiya şikayəti vermək hüququ olduğu üçün hökm dərhal icra olunmayacaq.
 
Eyni zamanda, adıçəkilən iş adamının Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevlə bağlı olduğu bildirilir. Xatırladaq ki, Cavanşir Feyziyev Londonda çirkli pulların yuyulmasında təqsirli bilinib və Milli Cinayət Agentliyinin qaldırdığı iddianı geri götürmək üçün 5,7 milyon funt sterlinq ödəməyə razılaşıb.
 
2022-ci ilin yanvarında London məhkəməsi Feyziyevin həyat yoldaşı Pərvanəyə, oğlu Orxana və qohumu Elman Cavanşirə qarşı hökm çıxarıb.
 
Hökmə əsasən, bu şəxslərin Böyük Britaniyadakı bank hesablarına çirkli pulların yuyulması sxemi ilə 15 milyon funt sterlinq köçürülüb. Bu pulun 5,7 milyon funt-sterlinqi müsadirə edilib. Qalanı isə sahiblərinə qaytarılıb.
 
Yeni məhkəmə istintaqında adı hallanan tanınmış azərbaycanlı iş adamı Feyziyevlərin işi üzrə təqsirləndirilənlər sırasında olmasa da, ailə ilə müəyyən əlaqələrə malikdir.
 
Azərbaycanlı iş adamı özü iddia edir ki, kimliyi üzə çıxarsa, “onun imicinə və işgüzar nüfuzuna böyük və sarsıdıcı zərbə vurulacaq”. Onu məhkəmədə lord Pannik və Britaniyanın ən bahalı iki vəkili, o cümlədən Vəkillər Kollegiyasının keçmiş prezidenti Desmond Braun müdafiə edir.
 
BBC-ni təmsil edən Jud Bunting keçən il Ali Məhkəməyə bildirib ki, hesabata qoyulan hər hansı məhdudiyyət “ciddi şəkildə zəruri, aydın və inandırıcı sübutlarla əsaslandırılmalıdır”.
 
“Bu iş böyük ictimai maraq doğuran mövzuya toxunur. Araşdırma jurnalistikasına və məhkəmənin reportajlarına əsaslanan məhkəmə prosesi ictimaiyyətin mövzunu dərk etməsinə mühüm töhfə verəcək”, deyə o, qeyd edib.
 
İş adamı özü iddia edib ki, o, sadəcə, baxılan işdə “ikinci dərəcəli” fiqurdur. Lakin sonradan hakim onu ​​“vacib şəxs” kimi tanıyıb.
 
Martın sonunda keçirilən dinləmələrdə hakim Uorbi iş adamının adının açıqlanmaması üçün heç bir əsaslı səbəb olmadığını deyib.
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
10:30 14.05.2024
Ölkə ərazisində yağıntılı hava nə vaxtadək davam edəcək?
10:25 14.05.2024
ABŞ ordusundan inqilabi İXTİRA
ABŞ ordusundan inqilabi İXTİRA
10:24 14.05.2024
Almaniya höküməti bu şəxsləri 2500 avro cərimələyəcək
Almaniya höküməti bu şəxsləri 2500 avro cərimələyəcək
10:15 14.05.2024
Blinkenin Kiyevə gəlişi: Yardım yoxsa başsağlığı?
Blinkenin Kiyevə gəlişi: Yardım yoxsa başsağlığı?
10:00 14.05.2024
Bu gün ölkə ərazisində hava necə olacaq?
09:49 14.05.2024
Süni intellektin insanları aldatmağı öyrəndiyi müəyyən edilib
Süni intellektin insanları aldatmağı öyrəndiyi müəyyən edilib
09:45 14.05.2024
Azərbaycanda ixrac edilən qazın həcmi AÇIQLANDI
09:35 14.05.2024
Vərəsəlik qərarı ailəni çaşdırdı: 6 milyard dollar bağbana veriləcək
Vərəsəlik qərarı ailəni çaşdırdı: 6 milyard dollar bağbana veriləcək
09:20 14.05.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:15 14.05.2024
Bu ay Şuşaya köçürüləcək əhalinin SAYI AÇIQLANDI
09:00 14.05.2024
"Тrendyol" Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
07:31 14.05.2024
Etirazçılar Ermənistan-Gürcüstan yolunu BAĞLADILAR
06:12 14.05.2024
Yeni Kaledoniyada polislə nümayişçilər arasında toqquşmalar olub
05:28 14.05.2024
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
04:51 14.05.2024
Vuçiç: Serbiya səfiri tezliklə Ukraynaya qayıdacaq
03:33 14.05.2024
Kilian Mbappe PSJ prezidenti ilə dava edib
02:24 14.05.2024
Quterreş Qəzza zolağında BMT-yə məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb - YENİLƏNİB
01:00 14.05.2024
Kobaxidze Tbilisidəki etirazçıları qanunu pozmaqdan və zorakılıqdan çəkinməyə çağırıb
00:10 14.05.2024
Stoltenberq: “Ukrayna məğlub olarsa, onu bərpa etməyin mənası olmayacaq”
23:57 13.05.2024
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini İŞDƏN ÇIXARDI
23:39 13.05.2024
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
23:23 13.05.2024
Antalyada meşədə yanğın başlayıb
23:00 13.05.2024
Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22:50 13.05.2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
22:46 13.05.2024
Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib
22:40 13.05.2024
Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak etmək üçün Danimarkaya gedib
22:22 13.05.2024
Polşa öz vətəndaşlarını Gürcüstanda etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb
22:00 13.05.2024
BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Hamısı