Rusiya pilotsuz təyyarələri gecə ərzində Ukraynanın cənubundakı Odessanı bombalayıb.
Ednews „The Guardian“a istinadən xəbər verir ki, bu barədə Odessa vilayətinin hərbi komandanlığının rəhbəri Yuri Kruk məlumat verib. Verilən məlumata görə Rusiya pilotsuz təyyarələri gecə ərzində Ukraynanın cənubundakı Odessa vilayətinə zərbələr endirib və infrastruktur obyektində yanğına səbəb olub.
Onun sözlərinə görə, itki yoxdur və yanğınsöndürənlər hadisə yerində işləyirlər.
Əkbər Şəbəndəyev