Böyük Britaniyanın İcmalar və Lordlar Palatasındakı müxtəlif partiyaların 125 nümayəndəsi bu ölkənin baş naziri Rişi Sunaka ünvanladığı məktubda SEPAH-ın terror təşkilatları siyahısına salınmasını tələb edib.
Ednews “Azfront” teleqram kanalına istinadən xəbər verir ki, SEPAH-ın Yaxın Şərqdəki dağıdıcı fəaliyyətinə toxunan bu nümayəndələr təşkilatın yaratdığı təhlükənin artdığını və Britaniyada terror əməliyyatlarına cəhd göstərdiyini qeyd ediblər.
Qeyd olunub ki, əsas narahatlıq doğuran məsələ Britaniyada terror planlarının açıqlanması, cinayətkar dəstələr tərəfindən ölkənin yəhudi vətəndaşları haqqında məlumatların toplanmasıdır.