Türkiyədə baş verən zəlzələlər nəticəsində kifayət qədər dağıntılar yaranan Kahramanmaraş vilayətinin Pazarcık rayonunda fırtına nəticəsində bəzi binaların damları uçaraq ətrafdakı çadırları dağıdıb.
Ednews xəbər verir ki, bu barədə DHA Agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Bu səbəbdən hadisə yerinə çoxlu sayda təcili yardım briqadası cəlb edilib.