Türkiyənin İran və İraqla sərhəddə yerləşən Hakkari bölgəsi terrorçulardan tamamilə təmizlənib.
Ednews Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
O bildirib ki, son 40 ildə ilk dəfədir bu bölgədə yaşayan insanlar Ramazan bayramını tam təhlükəsiz formada qeyd edirlər:
“Hakkari terrorçulardan tamamilə təmizlənib. Buna nail olmaq üçün Türkiyə indiyədək çox böyük çətinliklərin öhdəsindən gəlib. Ölkəmiz çox böyük layihələrə imza atıb. Bir sıra vasitələrlə, o cümlədən terrorla bizi yolumuzdan döndərmək üçün xaos yaratmaq istəyirdilər. İradəmizi qırmaq, insanlarımızı ümidsiz qoymaq istəyirdilər. Bu cəhdlərin arxasında Qərb dayanırdı”.