Türkiyənin Şırnak şəhərinin İdil rayonunda yanacaq dolu yük maşını mikroavtobusla toqquşub.
Ednews Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Qəzadan sonra yük maşınında başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.