İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna arasında görüş başlayıb.
Ednews “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna aprelin 27-də Azərbaycanda səfərdə olub. Fransalı nazir Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.