Russiya mayın 1-i səhər saat 08:00-dan mayın 1-i saat 20:00-dək qaz kəməri ilə Ermənistana təbii qazın verilməsini dayandırıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Qazprom Ermənistan” QSC yayıb.
Mənbə bunu Rusiya Federasiyasının Stavropol diyarında, “Şimal” magistral qaz kəmərində planlaşdırılan təmir işləri ilə əlaqələndirib.
Bu müddət ərzində qaz ermənilərə daxili ehtiyatlar hesabına veriləcək.