Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı və göyərtəsində döyüş PUA-larını daşıyan "TCG Anadolu" gəmisi İstanbuldan İzmirə doğru üzüb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb.
Aprelin 10-dan döyüş növbəsinə daxil olan gəmi aprelin 17-dən İstanbulun Sarayburnu limanındadır. İki həftə ərzində gəmini 140 min Türkiyə vətəndaşı və İstanbula gələn qonaqlar ziyarət edib.
Desant gəmisi yeri vaxtla saat 19.00 radələrində Çanaqqala boğazından (Dardanel) keçəcək və mayın 3-də İzmirə yanaşacaq.