Serbiyada məktəbə silahlı hücum olub.
Ednews xarici mətbuata istinadən xəbər verir ki, hadisə Belqrad şəhərində baş verib. Nəticədə 9 nəfər ölüb. Onlardan 8-i şagid, 1-i isə mühafizəçidir.
Hadisənin məktəbdə oxuyan 14 yaşlı şagird tərəfindən törədildiyi bildirilib.
Ehtimal edilir ki, şagird atasına məxsus tapançadan atəş açıb. Onun narkotikin təsiri altında olduğu deyilir.