Təbriz Tibb Elmləri Universitetinin 8 tələbəsi təhsildən məhrum edilib.
Ednews xəbər verir ki, bu barədə “Güney AZfront” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Sahilə Sepidehdam, Məhəmmədəmin Sultanzadə, Mirmehdi Musəviyan, Rza Ənsarian, İlahə Əşrəfpur, Əli Pərvin, Hadi Əxvan və Əmirhüseyn Pəhləvani məktəblərin kimyəvi hücumuna etiraz olaraq dinc toplantıda iştirak etdiklərinə görə universitetin Mərkəzi İntizam Şurasının qərarı ilə təhsil müəssisəsindən qovulublar.
Onlar “Universitetdə xaos və qarışıqlıq yaratmaq” ittihamı ilə üç və ya daha çox semestr təhsildən məhrum edilmə riski ilə üzləşiblər.