Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi, mayın 8-də Moskvaya yola düşəcək.
Ednews erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyanın mayın 9-u axşama qədər Rusiya paytaxtında qalacağı bildirilir.
Bundan əvvəl Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanla Putin arasında görüş barədə açıqlama verməsə də, “müəyyən planların müzakirə olunduğunu” bildirmişdi.