Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə dünya çempionatına Georgi lentlə gələn rusiyalı azarkeşlər qalmaqala səbəb olub. Belə ki, “Müqəddəs Georgi” lenti olan azarkeşlər tribunadan çıxarılıb.
Ednews xəbər verir ki, bu barədə Inside the Games məlumat yayıb.
Beynəlxalq Cüdo Federasiyasının (IJF) nümayəndəsi bildirib ki, turnirin təşkilatçıları azarkeşlərdən simvolları yığışdırmağı xahiş edib, lakin onlar bundan imtina ediblər. Bundan sonra azarkeşlər arenanın tribunalarından yığışdırılıb. Onlar artıq yarışlarda iştirak edə bilməyəcəklər.
Rusiya cüdoçularının turnirlərə qayıdışı aprelin 29-da məlum olub. IJF idmanda ayrı-seçkiliyə qarşı olduqlarını bildirib. Bioqrafik məlumatları və sosial şəbəkələri yoxladıqdan sonra Rusiya komandasının səkkiz nümayəndəsinin dünya çempionatına buraxılmasından imtina edilib.
Qeyd edək ki, mayın 7-dən- 14-dək Dohada cüdo üzrə dünya çempionatı keçirilir. Ruslar orada neytral statusda çıxış edəcəklər.
Nurlana