Türkiyə Böyük Millət Məclisində "Cümhur İttifaqı" deputatların sayına görə çoxluq əldə edib.
Ednews xəbər verir ki, bu barədə informasiya 14 may seçkilərinin nəticələrində yer alıb.
Mənbə xatırladır ki, Türkiyədə dünən keçirilən prezident və parlament seçkilərində vətəndaşlar həm prezidentə, həm də deputatlara səs veriblər.
Parlamentdə deputatların belə müəyyənləşib:
"Cümhur İttifaqı" 325, "Millət İttifaqı" 213, Yaşıl Sol Partiyası (YSP) 60, Türkiyə İşçi Partiyası (TİP) isə 3 mandat qazanıb.
Deputatların partiyalara görə bölgüsü belədir:
AK Partiya 35,88% - 269 deputat
CHP 24,86% - 168 deputat
MHP 10,47% - 51 deputat
İYİ partiya 9,97% - 45 deputat
YSP 8,59% - 60 deputat.