Belarusiya prezidenti Aleksandr Lukaşenko bildirib ki, sanksiyalar siyasəti Rusiyanı rəqib kimi sıradan çıxarmağa yönəlib və növbəti dünya müharibəsinin anonsunu verir.
"Belə bir vəziyyətdə biz bilməliyik ki, bu cür sanksiyalar var. Bank sektoru haqqında çox danışılır. Qaz, neft, SWIFT. Bu, müharibədən də pisdir.
Rusiya üçüncü dünya müharibəsinə doğru sövq edilir. Biz çox təmkinli və ondan uzaq olmalıyıq. Çünki nüvə müharibəsi hər şeyin sonudur”, - deyə Lukaşenko bildirib.
O, vurğulayıb ki, Belarusiyanın yüksək texnologiyalı müəssisələri Rusiyaya Qərb və Asiya mikroçiplərinin əvəzediciləri əldə etməyə kömək edə bilər.
"Burada baş verənlərdən yeganə faydalanan Birləşmiş Ştatlardır. Bu yolla Avropa öz yerini göstərə və rəqibləri sıradan çıxara bilər. Bu gün baş verənlər bizi Rusiya ilə sıx əməkdaşlığa sövq edir. Məsələn, Qərb Rusiyaya xəbərdarlıq edib ki, bizim İnteqral (Belarus mikroçiplər və LCD göstəricilər istehsalçısı) sənaye birliyində istehsal etdiyimiz yüksək texnoloji avadanlıqların, ilk növbədə, mikroçiplərin və s. tədarükünü dayandıracaqlar”.
Qarşılıqlı tədbirlər Qərb üçün ağrılı olacaq
Lukaşenko xəbərdarlıq edib ki, Minsk və Moskva Qərbə qarşı çox ciddi sanksiyalar tətbiq edəcək.
"Rusiya və Belarusiya tərəfindən tətbiq olunacaq sanksiyalar çox ağır olacaq. Bu mexanizmlər artıq işə başlayıb. Lazım gələrsə, biz bu tədbirləri gücləndirəcəyik".
Hacıyeva Nurlana