El Salvadorda “Alianza” və “FAS” komandaları arasında keçirilən futbol matçını izləmək üçün stadiona daxil olmaq istəyən tərəflər arasında izdiham yaranıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt San Salvadorda stadionun girişində baş verən izdihamda ən azı 12 nəfər həyatını itirib.
Çox sayda insanın vəziyyətinin ağır olduğu və xəstəxanaya aparıldığı bildirilib.
Yaralılara meydançada ilkin tibbi yardım göstərilərkən xəstəxanaya çatdırılanlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.
Mehri Ağayeva