Braziliya quş qripi səbəbiylə "fövqəladə vəziyyət" elan etdi
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın aparıcı quş əti ixracatçısı olan Braziliyanın Kənd Təsərrüfatı Nazirliyi çöl quşlarında yeni quş qripinə yoluxma hallarının aşkarlanmasından sonra bütün ölkədə " fövqəladə vəziyyət" elan edib. 180 gün ərzində qüvvədə qalacaq tədbir “xəstəliyin yaşayış və kommersiya quşçuluğu istehsalına keçməsinin qarşısını almaq, həmçinin canlılar aləmi və insan sağlamlığını qorumaq məqsədi daşıyır", nazirliyin bəyanatında deyilir. Nazirlik əlavə edib ki, virusun yayılmasının qarşısını almaq üçün resursları səfərbər edir. Artıq qüvvədə olan quşçuluq yarmarkalarına, müsabiqə və sərgilərinə qoyulan qadağanın müddəti də uzadılıb.
Kənd Təsərrüfatı Nazirliyinin 2022-ci ildən əldə etdiyi məlumatlara görə, Braziliya bazarın 35%-i ilə dünyanın ən böyük toyuq əti ixracatçısıdır.
Mehri Ağayeva