Şimali Koreya ilk kosmik peykini göndərməyi planlaşdırarkən qəza baş verdiyini və onun dənizə düşdüyünü bildirib.
Ednews BBC-ə istinadən xəbər verir ki, Pxenyan bundan əvvəl ABŞ-ın hərbi fəaliyyətini izləmək üçün iyunun 11-dək peyk buraxmağı planlaşdırdığını açıqlayıb. Cənubi Koreyanın paytaxtı Seulda yanlış həyəcan təbili çalıb. Yaponiyada isə cənubda yerləşən Okinava sakinlərinə xəbərdarlıq edilib.
İnsanlar hava hücumu sireninin səsinə və evakuasiyaya hazırlaşmağı bildirən təcili mesaja oyanarkən Seulda xaos və çaşqınlıq hökm sürüb. Yalnız 20 dəqiqədən sonra bunun səhvən göndərildiyi bildirilib.
70 ildir ki, iki ölkə arasında gərginliyin mövcud olduğu Koreya yarımadasında risk yüksəkdir və bu yanlış həyəcan insanların xəbərdarlıq sisteminə inamını ciddi şəkildə zədələyə bilər.
Şimali Koreya Cənubi Koreya üçün təhlükə yaradır və gələcəkdə xəbərdarlıq olarsa, bunun ciddi qəbul ediləcəyi və ya başqa bir səhv kimi silinəcəyi sualı verilir.
Aysel Şahmar