İran təhlükəsizlik qüvvələri futbolçu Voria Qaffurini həbs edib.
Ednews "Iran International" nəşrinə istinadən xəbər verir ki, futbolçu Tehranın "Azadi" stadionunun qarşısında həbs edilərək Tehrandakı Evin həbsxanasına aparılıb.
Qeyd edək ki, futbolçu İran hakimiyyətini sərt tənqid etdiyi üçün təqiblərə məruz qalmışdı.
O ötən il İranda xalq etirazlarının yatırılmasında güc tətbiq edilməsini tənqid etdiyinə görə "İstiqlal" klubundan qovulmuşdu.
Oğuz