Rusiyada Yeni Moskva rayonunda Xantı-Mansiysk Muxtar Dairəsinin deputatı Aleksandr Kolodiçin meyiti tapılıb.
Ednews Rusiya mətbuatına istinadən xəbər verir ki, 58 yaşlı deputatın cəsədində zorakılıq əlamətləri aşkarlanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları deputatın 55 yaşlı həyat yoldaşını isə yaralı vəziyyətdə tapıblar. Qadın çoxsaylı bıçaq xəsarətləri diaqnozu təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Polis hadisə ilə bağlı cütlüyün bağına baxan işçini saxlayıb. Məlumata görə, 39 yaşlı kişi deputatı qətlə yetirməkdə və həyat yoldaşının yaralamaqda şübhəli bilinir. Yaxın vaxtlarda onun barəsində həbs-qətimkan tədbiri seçiləcək.