Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Xankəndidən 16 xəstəni Ermənistanın tibb mərkəzlərinə çatdırıblar. İrəvanda müalicə alan 19 nəfər isə geri qayıdıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı "Sputnik Armenia" nəşri yayıb.
Mənbə xəstələrin mikroavtobuslarla daşındığını yazıb.
Xatırladaq ki, Azərbaycan Sərhəd Xidmətinin bölmələri aprelin 23-də Ermənistanla sərhəddə, Həkəri çayının üzərindəki körpüdə nəzarət-buraxılış məntəqəsi quraşdırıb.