Venesuela artıq Rusiyanın “Mir” ödəniş sistemini işə salıb.
Ednews xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Venesuela Mərkəzi Bankının prezidenti Kaliksto Xose Orteqa Sançes məlumat verib.
Venesuela Mərkəzi Bankının prezidenti TASS müxbirinin sualını cavablandırarkən deyib ki, “Mir” ödəniş sistemi Venesuelada “artıq işləyir”.
Qeyd edək ki, 2018-ci ildə “Mir” bank kartlarını qəbul etməyə başlayan ilk ölkələr sırasında Belarus və Qazaxıstan olub.
Hazırda Rusiyanın bu ödəniş sistemi 10-a yaxın ölkədə fəaliyyət göstərir və 15-dən çox dövlət onu tətbiq etməyə hazır olduqlarını bildiriblər.