“Vaşinqton yeni soyuq müharibəyə can atmır”.
Ednews xəbər verir ki, bu barədə RİA Novosti yazır. Belə ki, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsinpinlə görüşdə ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
“Vaşinqton üzərinə götürdüyü öhdəliklərə sadiq qalır, yəni ABŞ yeni soyuq müharibəyə can atmır, Çin sistemini dəyişməyə çalışmır. Biz müttəfiqlik münasibətlərini gücləndirməklə Çinlə qarşıdurma yaratmağa çalışmırıq”, - Blinken bildirib.
Tsinpin Blinkenlə görüşünü şərh edərkən bildirib ki, amerikalı siyasətçinin səfərinin nəticələri “çox yaxşı”dır. Çin liderinin sözlərinə görə, Pekin öz mövqeyini Vaşinqtona təqdim edib.
Xatırladaq ki, 2022-ci ildə G20 sammiti çərçivəsində Si Tsinpin və ABŞ prezidenti Co Bayden arasında əldə olunmuş konsensusun birgə həyata keçirilməsinə dair razılığa gəliblər.
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken iyunun 18-də Pekinə səfər edib. Bu, onun ABŞ Dövlət Departamentinin rəhbəri kimi Çinə ilk səfəridir.