Səudiyyə Ərəbistanı Təhlükəsizlik Xidməti Məkkə şəhərində 18 kiloqram çətənə satışının qarşısını alıb.
Ednews Şarq əl Əusat xəbər portalına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Baş Təhlükəsizlik Xidmətinin məlumatına görə 18 kiloqram narkotik maddəni maşınla Məkkəyə keçirməyə cəhd edən 3 nəfər həbs edilib.
Yerli mənbələr bildirir ki, Məkkədə narkotik satışı və təbliğatı cəhdləri vaxt aşırı baş versə də, təhlükəsizlik qüvvələri bunun qarşısını almağa müvəffəq olur.
İyun ayının əvvəlində Səudiyyə Ərəbistanı polisi 4 milyondan çox narkotik maddənin satışının qarşısını alıb.
Əməliyyatlar nəticəsində İordaniya və Yəmənlə sərhəddə iki nəzarət buraxılış məntəqəsində və Duba limanında 6 nəfər həbs edilib.
Törə Zeynal