Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Vaqnerin çevriliş əməlinə münasibət bildirib.
Ednews xəbər verir ki, o, bu barədə “Twitter“də fikir bildirib.
“Yevgeni Priqojinin Rusiyadakı anti-terror əməliyyatı artıq Rostovun, bir neçə federal magistralın, Cənub Hərbi Dairəsinin qərargahının ələ keçirilməsinə səbəb olub”.
Onun sözlərinə görə, Rusiyada baş verənlər getdikcə daha da genişlənir. O, həmçinin qeyd edib ki, bu, Rusiya elitasında parçalanmasına dəlalət edir.
“Rusiya hakimiyyətinin razılığa gəlmək və hər şeyin həll olunması təsəvvürünü yaratmaq iddiaları heç bir nəticə verməyəcək. Kimsə mütləq uduzmalıdır: ya Priqojin (ölümcül sonluqla), ya da Putin və onun komandası”.
Aynurə İsmayıl