Rusiya son sutkada Ukraynada daha 600 hərbçisini itirib.
Ednews xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bununla da məhv edilən rusiyalı əsgərlərin sayı 230 260-a çatıb.
Qeyd edilib ki, ümumilikdə Rusiyanın digər döyüş itkiləri 4 057 tank, 7 899 zirehli maşın, 3 573 operativ-taktiki PUA, 4 220 artilleriya sistemi, 391 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 308 helikopter, 6 834 avtomobil və tanker, 590 xüsusi texnikadan ibarətdir.