Britaniyanın "British Petrolium" (BP) neft-qaz şirkətinin bölməsi müxtəlif məişət tullantılarından dəniz yanacağı istehsalının artırılmasına sərmayə qoyacaq.
Ednews-un Bloomberg-ə istinadən verdiyi məlumata görə, problemin həlli ilə məşğul olan Kaliforniyada yerləşən WasteFuel startapı 10 milyon dollar alacaq.
Ekoloji cəhətdən təmiz məhsul istehsal etmək üçün məişət və kənd təsərrüfatı tullantıları, o cümlədən qida qalıqları istifadə olunur. BP 2030-cu ilə qədər bioyanacaq tədarükünü sutkada 100 000 barrelə çatdırmaq niyyətindədir. Əsas vəzifə ənənəvi yanacağın neftdən çıxarılması ilə istixana qazlarının emissiyalarını mümkün qədər azaltmaqdır.
Hazırda dünya ticarətinin 80 faizə qədərini gəmiçilik təşkil edir. Eyni zamanda, sektor ətraf mühitə nisbətən az miqdarda karbon qazı buraxır. Növbəti 6,5 il ərzində bu payın minimuma endirilməsi nəzərdə tutulur.
Biometanol xam neftdən əldə edilən ənənəvi dəniz yanacağını əvəz etmək üçün əsas namizədlərdən biridir. Bununla belə, nəqliyyat şirkətləri daha az enerji intensivliyinə görə daha çox biometanol almalı olacaqlar.
Nurlana