Dubaydan gələn rusiyalı qadın Moskvaya qanunsuz yolla səkkiz milyon rubl dəyərində zinət əşyaları gətirməyə cəhd edib.
Ednews xəbər verir ki, bu barədə Federal Gömrük Xidmətinin (FCS) mətbuat xidməti məlumat yayıb.
Qadının “yaşıl” dəhlizdən keçərkən saxlanıldığı qeyd edilir. Turist gömrük rəsmiləşdirilməsi üçün “Van Cleef & Arpels” sırğa, kulon və üzüyü təqdim edib.
Daha sonra gömrük əməkdaşları onun baqajında olan daha 11 zinət əşyasını - Bvlgari, Cartier, Boucheron və Van Cleef & Arpels brendlərindən bilərziklər, zəncirlər, üzüklər, kulon və sırğaları qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etdiyini müəyyən ediblər. Onların hamısı sonradan ələ keçirilib.
Sərnişinin sözlərinə görə, o, yuxarıda göstərilən məhsulları hədiyyə alıb. Gömrük ekspertizası zamanı məlum olub ki, zinət əşyaları brilyant, topaz, keramika və kvars əlavəli 750 əyar qızıl və 925 əyar gümüşdən hazırlanıb.
Nurlana