Fransada Yelisey Sarayına içərisində kəsilmiş insan barmağı olan zərf göndərilib.
Ednews xəbər verir ki, bu barədə “Valeurs Actuelles” məlumat yayıb.
Bildirilib ki, bu, Fransa Prezidentinin Parisdəki rəsmi iqamətgahıdır.
Məlumata görə, iyulun 9-10-da sarayın yazışma xidməti poçtla məktub alıb. Zərf açılan zaman içində insan barmağı olub. Hadisə ənənəvi olaraq iyulun 14-də qeyd olunan Bastiliya Günü milli bayramı ərəfəsində baş verib. Barmaq polisin yeməklərini saxladığı soyuducuya yerləşdirilib.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra barmağın sahibini tapıblar. Amma təfərrüatlar məlum deyil. Yelisey Sarayı vəziyyəti şərh etməkdən imtina edib.