Vaqner muzdluları artıq Ukraynadakı döyüş əməliyyatlarında "heç bir əhəmiyyət daşımır”,
Ednews AFP nəşrinə istinadən xəbər verir ki, Pentaqonun mətbuat katibi Pat Rayder bu fikirlərini Vaqner qiyamlarından sonra ilk dəfə, cümə axşamı iştirak etdiyi brifinqdə deyib.
O, brifinqdə deyib: "Hazırda biz Vaqner qüvvələrinin Ukraynada döyüş əməliyyatlarına dəstək vermək üçün əhəmiyyətli bir potensial daşıdığını düşünmürük. Onlar özləri belə müharibədə iştirak etməkdən imtina edirlər”
Rayder həmçinin bildirib ki, Birləşmiş Ştatlar Vaqner qırıcılarının “əksəriyyətinin” hələ də Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərində olduğunu qiymətləndirir.
Əkbər Şəbəndəyev