Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana Türkiyənin ilk yerli “Togg”avtomobilini hədiyyə edib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “TRT Haber” telekanalı yayıb.
Mənbə yazır ki, Ərdoğan şahzadə Salmanla Əl-Salam sarayının həyətində hədiyyə edilən avtomobilə baxış keçirib.