Bu ilki BRİKS sammitinə ev sahibliyi edən Cənubi Afrika Rusiya prezidenti Vladimir Putinin builki toplantıda iştirak etməyəcəyini bildirib. Ednews Əl-Cəzirə nəşrinə istinadən xəbər verir ki,Cənubi Afrika Prezidentliyi qərarın iki ölkə arasında "qarşılıqlı razılaşma" olduğunu vurğulayıb. Beynəlxalq Cinayət Məhkəməsi mart ayında Putinə qarşı həbs qərarı çıxarıb və BCM üzvü kimi Cənubi Afrika Putin sammitə gələrsə, onu həbs etməyə borcludur deyə bəyanat verib. Çərşənbə axşamı Cənubi Afrika prezidenti Kiril Ramafosa BCM-dən Putini həbs etməmək üçün icazə istədi və bunun müharibə elanı demək olduğunu söylədi. Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə demişdi ki, həbs baş verərsə, hər kəs Putinin hüquqlarını pozmaq cəhdinin nə demək olduğunu başa düşür.
Əkbər Şəbəndəyev