Polşanın eks-prezidenti Lex Valensa pivə vannasında çimir.
Ednews xəbər verir ki, bu barədə o, Facebook-da foto paylaşıb.
Xatırladaq ki, bir müddət əvvəl Valensa kifayət qədər pensiyasının olmadığından və əlavə pul qazanmaq məcburiyyətində olduğundan şikayət etmişdi.
Keçmiş siyasətçinin sözlərinə görə, o, əvvəllər ayda 5-6 min zlot (1,2-1,4 min dollar) alırdı, indi isə pensiyası 11 min zlot (2,6 min dollar) təşkil edir.
Valensa deyib ki, o qədər xərcləri var ki, pulu qurtarır. Sabiq prezident beynəlxalq konfrans və forumlarda iştirak etməklə yanaşı, mühazirə oxumaqla da əlavə pul qazanmalı olur.