Aİ Şurası blok ölkələrinin enerji istehlakını 2030-cu ilə qədər 11,7 faiz azaltmaq məqsədini qəti şəkildə təsdiqləyib.
Ednews-un verdiyi məlumata görə, Avropa dövlətləri onilliyin sonuna qədər son istifadəçilər tərəfindən enerji istehlakını 2020-ci ildə edilən proqnozlarla müqayisədə kollektiv olaraq 11,7 faiz azaltmalı olacaqlar.
Bu azalmanı tənzimləyən qaydalar bir ay ərzində qüvvəyə minəcək.
Blokun bütün üzv ölkələri üçün enerji resurslarının son istehlak limiti 763 milyon ton neft ekvivalenti səviyyəsində müəyyən edilib.
Aİ Şurasının bəyanatında bildirilir ki, ittifaqın hər bir dövlətinin enerji qənaətinə məcburi töhfəsi enerji intensivliyi, adambaşına düşən ÜDM, bərpa olunan enerjinin inkişaf səviyyəsi və enerjiyə qənaət potensialı nəzərə alınmaqla xüsusi düsturlar vasitəsilə hesablanacaq.
Nurlana