Rizə Dövlət Xəstəxanasının təcili xidmətində bir nəfərin odlu silahdan atəş açması nəticəsində 5 nəfər yaralanıb.
Ednews xəbər verir ki, Rizə Dövlət Xəstəxanasının təcili yardım xidmətinə gələn şəxsiyyəti hələ müəyyən edilməyən şəxs tapança ilə ətrafa atəş açıb. Bir polis və bir jandarma olmaqla 5 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerini tərk edərək Cümhuriyyət prospekti istiqamətində qaçan şübhəli şəxs saxlanılıb.
Xəstəxana ətrafında geniş təhlükəsizlik tədbirləri görülməkdədir. Hadisə ilə bağlı istintaq davam edir.