Afrika liderləri Putini Ukrayna müharibəsini bitirmək və taxıl müqaviləsini yeniləmək üçün sülh planını davam etdirməyə məcbur ediblər.
Ednews xarici KİV -ə istinadən xəbər verir ki, Afrika-Rusiya sammitinin ikinci günündə tərəflər arasında taxıl sazişi və sülh danışıqlarının bərpası ətraflı olaraq müzakirə olunub. Liderlər Rusiyanı birbaşa tənqid etməsələr də, sammitin ikinci günündə verdikləri bəyanatlarda münaqişənin yaratdığı fəsadları, xüsusən də ərzaq qiymətləri ilə bağlı fəsadlarını xatırladıblar.
Konqo Respublikasının Prezidenti Denis Sassou Nguesso Putinə və Sankt-Peterburqdakı digər Afrika liderlərinə bildirib ki, Afrikanın sülh təşəbbüsü ən yaxın diqqətə layiqdir, onu qiymətləndirməmək olmaz.
Əlavə olaraq o, dünyanı təcili olaraq Avropada sülhün bərpasına çağırıb.
Əkbər Şəbəndəyev