Qazaxıstanda elektron siqaretlərin istifadəsini tamamilə qadağan edən qanun layihəsi hazırlanır. Bunu jurnalistlərə açıqlamasında Qazaxıstan baş nazirinin müavini və maliyyə naziri Yerulan Jamaubayev bildirib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, o, qeyd edib ki, elektron siqaretdən istifadənin fəsadları hələ tam araşdırılmayıb.
“Uşaqlarımız bundan istifadə edirsə, bu, milli təhlükəsizlik məsələsidir. Ona görə də bunu tamamilə qadağan edəcəyik",- deyə qeyd edib.
Xatırladaq ki, Qazaxıstanda elektron siqaret ticarəti 300 dəfə artıb.
Xüsusilə gənclər arasında elektron siqaretdən istifadənin artdığı ölkəyə son 2,5 ildə 3 milyona yaxın elektron siqaret idxal edilib.
Aynurə İsmayıl