Finlandiya rusların ölkəyə giriş şərtlərini sadələşdirməkdən imtina etdiyini açıqlayıb.
Ednews-un verdiyi məlumata əsasən, Milli Koalisiya Partiyasından olan finlandiyalı deputat Jukka Kopranın açıqlamasında bildirib ki, onların Rusiyadan gələn səyahətçilər üçün viza siyasətini yüngülləşdirmək imkanları yoxdur.
“Hazırda Rusiya Federasiyasının vətəndaşları onların əmlakının təcili təmirə ehtiyacı olduqda Finlandiyaya daxil ola bilərlər. Fikrimcə, bu kifayətdir”, - Kopra bildirib.
Deputat əlavə edib ki, bu halda söhbət Finlandiyanın beynəlxalq reputasiyasından gedir ki, ruslar tranzitlə Şengen zonasının digər ölkələrinə getsələr, o, zərər çəkə bilər.
Mənbənin bildirdiyinə görə, iyul ayında yerli KİV Rusiyadan olan Finlandiya daşınmaz əmlakının sahiblərinin ölkəyə girişi asanlaşdırmağa çağıran petisiya imzaladığını yazıb.
Nurlana