Türkiyə və Ukraynanın xarici işlər nazirləri Hakan Fidan və Dmitri Kuleba arasında telefon danışığı olub.
Ednews xəbər verir ki, bu barədə Kuleba özünün “Twitter” hesabında məlumat verib.
Kuleba qeyd edib ki, söhbət zamanı türkiyəli həmkarı ilə “Taxıl sazişi”nin bərpası üçün atıla biləcək addımlar müzakirə ediblər:
“Rusiyanın geri çəkilməsinin Afrika ölkələrinə və qlobal ərzaq təhlükəsizliyinə zərərli təsirini vurğuladım. Türkiyə razılaşmanın bərpası üçün səylərini davam etdirəcək.
XİN başçıları həmçinin ikitərəfli təmasların qrafikini də müzakirə ediblər.