Serb mədənçiləri qədim Romaya aid gəmi tapıblar. Gəmi ətrafdakı qumun nəmliyi sayəsində yaxşı qorunub saxlanılıb.
Ednews xəbər verir ki, bu barədə Smithsonian Magazine məlumat yayıb.
Serb mədənçiləri işləyən zaman yerin altında nəhəng taxta konstruksiya aşkar ediblər ki, bu da təxminən 1700 il yaşı olan qədim Romalılar tərəfindən hazırlanmış gəmi olub.
Mədənçilər tapıntı haqqında arxeoloqlara məlumat veriblər və dərhaı qazıntılar başlanılıb.
Baş arxeoloq Miomir Korats açıqlamasında bildirib ki, gəminin dəqiq yaşı hələ məlum deyil, lakin o, təxminən eramızın üçüncü və ya dördüncü əsrlərinə aid ola bilər.
Nadir tapıntını çıxarmaq o qədər də asan olmayacaq.
Artefaktın dağılmaması üçün arxeoloqlar onun ətrafında rütubətin faizini yüksək səviyyədə saxlamağa çalışırlar.