“Finlandiya Rusiyadan gələn təhlükədən narahat deyil və hesab edir ki, hazırda heç bir təhlükə yoxdur: Moskva sərhəddəki qoşunların sayını artırmayıb”.
Ednews “Financial Times” istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Elina Valtonen bildirib.
“Bizim bununla bağlı heç bir narahatlığımız yoxdur. Bu, olduqca gözləniləndir”, - deyə diplomat bunu Ukraynada hərbi əməliyyatların aparılması ilə əlaqələndirib.
Qeyd edək ki, Finlandiya NATO-ya üzv olmaq üçün keçən il xüsusi hərbi əməliyyatın başlamasından sonra müqavilə imzalayıb. Bu il aprelin 4-də Finlandiya rəsmi olaraq Şimali Atlantika Alyansının 31-ci üzvü oldu. Finlandiya prezidenti Saule Niiniste ölkənin NATO-ya üzvlüyünün “heç kimə qarşı yönəlmədiyini” və “dövlətin xarici və təhlükəsizlik siyasətinin əsasını və ya məqsədlərini dəyişdirmədiyini vurğulayıb.
Nurlana