Sankt-Peterburqda uşaqlarları ilə porno film çəkən pedofil valideynlər saxlanılıb.
Ednews Rusiya KIV-ə istinadən xəbər verir ki, onlar Sankt-Peterburqda hüquq-mühafizə orqanlarının əməkdaşları keçirdikləri xüsusi əməliyyat nəticəsində tutulublar.
Məlum olub ki, ata və ana 13 yaşlı övladlığa götürülmüş oğlu və 12 yaşlı qızı videoya çəkiblər. Valideynlərinin əsl motivlərindən xəbərsiz olan uşaqlar müqavimət göstərməyiblər.
Bundan əlavə, ailə başçısının məktəbin paltardəyişmə otağında oğlunun iştirakı ilə porno filmlər çəkdiyi də ortaya çıxıb.
Valideynlərə seksual xarakterli zorakılıq maddəsi ilə cinayət işi başladılıb. İndi pedofil valideynləri 6 ilə qədər həbs gözləyir.
Oğuz