Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 31-də Moskvada danışıqlar aparacaq.
Ednews xəbər verir ki, bu barədə TASS diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, yaxın vaxtlarda Moskvada iki ölkənin nazirləri arasında danışıqlar aparılacaq.