Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya Məsələləri Bürosunun baş direktoru Namazu Hiroyuki cümə axşamı Şimali Koreyanın raket buraxılışlarını ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Sunq Kim və Cənubi Koreyanın Koreya yarımadasında sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Kim Qunn ilə müzakirə edib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyanın son raket buraxılışları, o cümlədən ötən çərşənbə atdığı iki ballistik raket həm tezlik, həm də üsullar baxımından misilsiz olması qənaətinə gəliblər.
Bundan əlavə, onlar çəkindirmə və cavab tədbirləri imkanlarının gücləndirilməsi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında fəaliyyət göstərilməsi və müttəfiqlərlə əməkdaşlıq sahəsində üçtərəfli əməkdaşlığa sadiq olduqlarını bir daha təsdiq ediblər.
Bundan əvvəl Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın Şərq dənizinə ballistik raket atdığını bildirmişdi.
Ülviyyə