Ukrayna Silahlı Qüvvələri (SQ) Melitopol və Baxmut istiqamətlərində hücum əməliyyatlarını davam etdirir. Onlar Zaporojye bölgəsində azad edilmiş Robotinodan cənuba doğru irəliləyiblər.
Ednews xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının nümayəndəsi Pavel Kovalçuk məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Avdeyevski və Marinski istiqamətində düşmənin hücumunu dəf edir.
“Həmçinin Liman və Baxmut istiqamətlərində düşmən uğursuz hücum əməliyyatları keçirib. Ağır döyüşlər davam edir”, – Kovalçuk əlavə edib.